Azərbaycanda ilk dəfə olaraq “Özəl icra haqqında” yeni qanun layihəsi hazırlanıb.
Bu barədə AZİNFORMASİYA.AZ-a parlamentdəki mənbə məlumat verib.
Qeyd edilib ki, yeni qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində fəaliyyəti tənzimləyən normativ aktların sistemləşdirilməsi, habelə alternativ mexanizmlərin, o cümlədən özəl icranın tətbiqi ilə bağlı ilk dəfədir ki, hazırlanıb.