Koronavirusa gündəlik yoluxma sayının artması cəmiyyətdə narahatlığa səbəb olub. Maraqlıdır, hazırkı vəziyyət karantinin tətbiq edilməsini nə dərəcədə labüd edir və belə bir qərarın qəbul edilməsi hansı problemlərə yol aça bilər
Bununla bağlı “ARB Xəbər”ə açıqlama verən infeksionist Vüqar Cavadzadə bildirib ki, gündəlik yoluxma sayı epidemik alovlaşmanın göstəricisidir:
Məsələyə münasibət bildirən iqtisadçı Xalid Kərimli isə bildirib ki, pandemiya səbəbindən tətbiq edilən karantinin yaratdığı problemlər artıq hiss edilməyə başlanılıb:
“Pandemiya səbəbindən tətbiq edilən karantinlərin problemlərini indi gündəlik həyatımızda hiss edirik. Bu, müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması şəkildə özünü göstərir. Karantin tətbiq edilməsi xidmət və s. sektorda çalışan insanların iş yerlərinin itirməsinə və ya gəlirlərin azalmasına ciddi təsir göstərir. Bunların qarşısını almaq üçün dövlət tərəfindən ödənilən kompensasiya bunun üçün kifayət deyil”.