BMT Baş Assambleyasının Sədri Volkan Bozkır aprelin 8-9-da Azərbaycanda səfərdə olacaq.
Bu barədə “Report”a BMT-dən məlumat verilib.
Bildirilib ki, səfər zamanı V.Bozkırın Azərbaycan Prezidenti İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, BMT Baş Assambleyasının Sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.