Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri Volkan Bozkır Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.
Azinformasiya.Az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Sədrin mətbuat katibi Brenden Varma günlük keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, səfər 1-12 aprel tarixlərində baş tutacaq. Volkan Bozkır öncə Türkiyəyə səfər edəcək. Daha sonra Qətər və Azərbaycanda olacaq.