Ucarda mədəniyyət evinin müdiri həbs edilib.
“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri – 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.