Bakıda ata qızını zəhərli iynə ilə öldürdü – YENİLƏNİB

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Report”a Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilən miqdardan artıq narkotik vasitə – heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

10:59

Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.

H.Salmanov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir