Türkiyə MN: Kilis şəhərinə edilən hücumun qisasını alırıq, 10 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində pilotsuz uçan aparat vasitəsilə 10 terrorçunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Azinformasiya.Az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Kilisə qarşı edilən terror hücumunun qisasını almağa davam edirik”, – nazirlik vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir