Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri – 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ağdam rayonunda 6 nəfər minaya düşüb.
Azinformasiya.Az-ın xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu – 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri – Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdam rayonunda 5 nəfər minaya düşüb.
Azinformasiya.Az-ın xəbərinə görə, hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
Faktı Ağdam Rayon İcra Hakimiyyəti “Report”a təsdiqləyib.