Müdafiə Nazirliyi: Şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb

Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

Bu barədə Azinformasiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

Təlimlər martın 18-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir