Kreml: Putinlə Si Cinpinin görüşünə hazırlıq gedir, Trampla üçtərəfli görüşə dair isə konkretlik yoxdur

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında APEC sammitində görüşə hazırlıqlar gedir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Moskva bu görüşü səbirsizliklə gözləyir.

Peskov vurğulayıb ki, Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında APEC sammitində mümkün üçtərəfli görüşlə bağlı hələlik konkretlik yoxdur.

O, Putinin APEC sammiti üçün proqramının hələ hazırlıq mərhələsində olduğunu söyləyib.

Kreml sözçüsü Rusiya və Çin arasında böyük həcmdə əməkdaşlığın mövcud olduğunu bildirib. O qeyd edib ki, Putin və Si Cinpin ənənəvi olaraq ikitərəfli münasibətlərdəki vəziyyəti tez bir zamanda təhlil edir və görüşlərində beynəlxalq vəziyyəti müzakirə edirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir