Zaqatalada yük maşını 66 yaşlı qadını vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.
Gürcüstana məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada – Zaqatalanın Faldarlı kənd sakini 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.
Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az