Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbələri endirib.
Azinformasiya.az “Unian“a istinadən xəbər verir ki, hücum nəticəsində ölənlər və yaralananlar var.
Məlumata əsasən, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.
4 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir, onların arasında 3 uşaq da var.
Bundan əlavə, oktyabrın 7-də Poltava vilayətinin Kremençuq şəhərinə Rusiya ordusunun kütləvi hücumu baş verib, nəticədə yaşayış infrastrukturuna, çoxmənzilli binalara ziyan dəyib.
İlkin məlumata əsasən, 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb, xilasetmə əməliyyatı davam edir.
Azinformasiya.az