Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə İqriq kəndində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Dövlət Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılıb.
O xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az