Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Zarağan kəndində qeydə alınıb.
Belə ki, Murad Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobil yolu keçən piyada Seyidməmməd Zəkəriyəyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az