Cevdet Yılmaz Azərbaycan səfiri ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.

 

Azinformasiya.az  xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.

“Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, – Cevdet Yılmaz vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir