Şəmkirdə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan iki “VAZ” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1976-cı il təvəllüdlü E.Bayramova, 1990-cı il təvəllüdlü G.Həsənova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az