Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya səfiri Dirk Lölke ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik, o cümlədən digər mühüm məsələlər müzakirə olunub.

“Görüş zamanı hər iki tərəf Almaniya–Azərbaycan əməkdaşlığının geniş imkanlara malik olduğunu vurğulayıb. Açıq və konstruktiv fikir mübadiləsinə görə təşəkkür edirik!”, – məlumatda qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir