Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Asəf Cəlilov idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə hərəkətdə olarkən piyada Miryaqub Sadıqovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir