Bakıda maşın aşıb, bir nəfər ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Sabunçu rayonunda, Olimpiya stadionunun yaxınlığında baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1998-ci il təvəllüdlü Ruslan Mayılzadənin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ötmə zamanı ona toxunub. Bu zaman “Hyundai” markalı avtomobil idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində Ş. Məmmədov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir