Ağstafada bıçaqlanma hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.
Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü E. Kərimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Sözügedən şəxs tanışı 1983-cü il təvəllüdlü Ş. İsmayılov tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.
Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Ş. İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az