Ermənistanda yol qəzasında beş nəfər ölüb, 7 nəfər yaralanıb

Ermənistanda magistral yolda qəza olub, beş nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata əsasən, qəza İrəvandan Gümrüyə gedən yolda baş verib. Avtobus və mikroavtobusun toqquşması nəticəsində beş nəfərin öldüyü, yeddi nəfərin yaralandığı bildirilir.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, qəzanın səbəbləri araşdırılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir