Gədəbəydə yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə baş verib.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.
Qəza zamanı 5 nəfər – 2004-cü il təvəllüdü E.Fətəliyev, 2006-ci il təvəllüdlü R.Məmmədov, 2008-cu il təvəllüdlü Z.Nuriyev, 2006-cı il təvəllüdü M.Nuruzadə və 2007-ci il təvəllüdlü M.Məmmədov xəsarət alıb.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az