Şəkidə həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması olan ot tayası yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Şəkinin Baş Zəyzid kəndində, kənd sakini Rafael Balanmədovun yaşadığı evin həyətyanı sahəsində qeydə alınıb.
Belə ki, həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması və ümumi kütləsi 50 ton olan ot tayasında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və müvafiq texnikalar cəlb olunub. Yanğının genişlənərək ətrafa keçməsinin qarşısı alınıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az