Gəncədə 65 yaşlı kişi qətlə yetirilib

Gəncədə qətl hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində baş verib.

Belə ki, 1961-ci il təvəllüdlü M. Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, həkimlərin yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir