Braziliyanın Rio-de-Janeyro şəhərində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
Azinformasiya.az xəbər verir ki, Qatar News Agency –un yaydığı məlumata əsasən, helikopter Tijuka Milli Parkının sıx meşəlik ərazisinə düşüb. Ölənlər arasında pilot və eyni ailədən olan 3 kolumbiyalı turist qadın var.
Yanğınsöndürənlər cəsədləri dağlıq və çətin keçilən ərazidə aşkarlayıblar.
Hadisədən sonra Rio-de-Janeyro meri Eduardo Kavaliere helikopter uçuşlarına nəzarətin gücləndirilməsini istəyib.
Azinformasiya.az