Qaziantepdə 4,5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 03:42-də qeydə alınıb. Yeraltı təkanların ocağı 7,44 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qazianteplə yanaşı Kilis, Kahramanmaraş, Osmaniyə və Hatay vilayətlərində də hiss olunub.

AFAD bildirib ki, hazırda zəlzələ ilə bağlı hər hansı mənfi hal qeydə alınmayıb. Ərazidə vəziyyətin qiymətləndirilməsi və yoxlama işləri davam etdirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir