İranın Hörmüzqan əyalətində 4,1 bal gücündə zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı saat 01:45 radələrində əyalətin Fərğan şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində insan tələfatı və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
Azinformasiya.az