Xankəndi–Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, qəza ötən gecə baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan “Tofaş” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov xəsarətlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az