İranın şərqində yerləşən Xorasan əyalətinin Kaşmər şəhərində mikroavtobus dərəyə yuvarlanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə İran Yol Polisi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan 5 qadın ölüb, bir neçə sərnişin yaralanıb.
İlkin məlumata görə, qəzanın başlıca səbəbi əyləc sistemində yaranan nasazlıq olub.
Azinformasiya.az