Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədi ilə yaradılan Komissiyanın ilk iclası keçirilib.
Bu barədə Azinformasiya.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
İclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə “2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.