Kallas Rusiyaya Ukrayna ilə bağlı danışıqlar üçün şərt qoyub

Əgər Ukraynadan orduya məhdudiyyətlər tələb olunursa, eyni qaydalar Rusiya üçün də tətbiq edilməlidir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildirib.

“Danışıqlarda Ukraynaya qarşı irəli sürülən hər hansı hərbi məhdudiyyətlər Rusiyaya da eyni şəkildə şamil olunmalıdır”, – o vurğulayıb.

Onun sözlərinə əsasən, bu, Aİ-nin Moskva ilə mümkün danışıqlarda irəli sürəcəyi əsas şərtlərdən biridir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir