Ərdoğanın baş müşaviri Qrono ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, Kılıç bu barədə “X” hesabında bildirib.

Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşma prosesi, Cənubi Qafqazda həyata keçiriləcək layihələr, regional sabitlik və təhlükəsizlik məsələləri, həmçinin Avropa İttifaqının regiona yanaşması müzakirə olunub.

Həmçinin Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir