İran ABŞ-ın təklifini nəzərdən keçirir.
Azinformasiya.az CNBC-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Onun sözlərinə əsasən, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.
Qeyd edək ki, “Axios”un xəbərinə əsasən, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata əsasən, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.
Azinformasiya.az