Paşinyan: Ermənistan KTMT-də fəaliyyətini bərpa etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etmək üçün heç bir addım atmayacaq.

 

Azinformasiya.az  “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alan çoxtərəfli əməkdaşlıq məsələlərini təqdim edərkən danışıb.

“Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və fəaliyyətin bərpası üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki proqramımızda da təsbit olunub”, — Baş nazir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir