Azərbaycan və Albaniya arasında əməkdaşlıq gündəliyi müzakirə olunub

V Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Albaniya Respublikasının Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Ceyhun Bayramov albaniyalı həmkarını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona bu mühüm vəzifədə uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.
Tərəflər siyasi dialoq, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya, turizm, təhsil və mədəniyyət sahələri ilə bağlı fikir mübadiləsi aparıb.

Enerji sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvələrindən biri olduğu vurğulanıb.
Münasibətlərin dostluq, qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Eyni zamanda, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik çağırışlarının həllində dialoq və diplomatiyanın rolu da xüsusi vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir