ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən bağlamaq qərarını tənqid edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranın bu addımını “bir az hiyləgər davranış” kimi qiymətləndirib.
Onun sözlərinə əsasən, buna baxmayaraq Vaşinqton Tehranla danışıqları davam etdirir və proses müsbət istiqamətdə gedir: “Onlarla danışırıq. Günün sonuna qədər bu məsələ ilə bağlı əlavə məlumatımız olacaq. İran boğazı yenidən bağlamağa çalışıb, ancaq bizi şantaj edə bilməz”.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır.
Azinformasiya.az