“Bir vaxtlar qeyri-sabit hesab edilən Cənubi Qafqaz indi daha sabit və proqnozlaşdırıla bilən region halına gəlir”.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə əsasən, bu, təsadüfi deyil, effektiv suverenliyin nəticəsidir: “Gürcüstan, Ermənistan və Azərbaycan daha çox öz milli maraqlarına uyğun hərəkət edir. Suverenliyə hörmət edildikdə sabitlik də möhkəmlənir”.
Azinformasiya.az