İtaliya İsraillə müdafiə sahəsində imzaladığı razılaşmanı dayandırır.
Azinformasiya.az “The Times of Israel” ə istinadən xəbər verir ki, bu barədə İtaliya Baş naziri Ciorcia Meloni bildirib.
“Mövcud vəziyyəti nəzərə aldıqda, hökumət İsraillə hərbi razılaşmanın avtomatik yenilənməsinin dayandırılması ilə bağlı qərar verdi”, – Meloni vurğulayıb.
“Ynet”ə danışan İsrail mənbələri isə sözügedən razılaşmanın təhlükəsizlik sazişi olmadığını, sadəcə anlaşma memorandumu olduğunu və o qədər də əhəmiyyət daşımadığını qeyd ediblər.
Azinformasiya.az