ABU-nun ərazisi müsadirə edildi: hansı quruma veriləcək?

Xəbər verdiyimiz kimi, Elşad Abdullayevin ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinə məxsus 34 349,7 kvadratmetr sahəni əhatə edən və dəyəri 16 500 000–18 100 000 manat arasında qiymətləndirilən torpaq sahəsi dövlət tərəfindən müsadirə olunub. Müsadirə haqda qərardan 1,5 ay vaxt ötməsinə baxmayaraq, sözügedən ərazidə heç bir dəyişiklik yoxdur. Maraqlıdır, ərazi hazırda hansı qurumun balansındadır, satışa çıxarıla bilərmi və hansı istiqamətdə istifadə edilə bilər?

 

Bu məsələ ilə bağlı Axar.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, həmin əmlak Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən idarə olunur.

“Müsadirə edilən əmlakın təkrar özəlləşdirməyə çıxarılması və investisiya proqramlarına daxil edilməsi də cənab Prezidentin fərmanı ilə dövlət torpaqlarının özəlləşdirilməsi üzrə ikinci dövlət proqramı çərçivəsində Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid edilib. Yəni istintaq orqanının balansında torpaq ola bilməz. Onun funksiyası istintaq başa çatdıqda bitir və həmin torpaq dövlət mülkiyyətinə keçir. Müsadirə edilən torpaq dövlət əmlakı kimi özəlləşdirilməyə çıxarılarkən əvvəlcə yenidən qiymətləndiriləcək, sonra isə özəlləşməyə təqdim olunacaq.

Eyni zamanda, hər hansı dövlət qurumu müraciət edərək sözügedən torpaq sahəsinə və ya tikililərə ehtiyacının olduğunu bildirə bilər. Dövlət tərəfindən həmin torpaq və ya tikililər müvafiq quruma ayrıla və bununla bağlı qərarlar qəbul oluna bilər”, – ekspert bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir