Naxçıvanda yol-nəqliyyat hadisəsi olub, 4 nəfər xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında baş verib. 67-BN-063 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı avtomobil toqquşub.
Nəticədə 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva, 1983-cü il təvəllüdlü Nazim Salmanov və 1963-cü il təvəllüdlü Hikmət Muradov xəsarət alıb. Onlar Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az