ABŞ-ın Vitse-prezidenti: İran xoş niyyətlə danışıq aparsa, müsbət cavab verəcəyik

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Pakistanda İranla danışıqların müsbət keçəcəyinə inanır.

 

Azinformasiya.az  xəbər verir ki, o, bu barədə İslamabada yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Biz danışıqları səbirsizliklə gözləyirik. Düşünürəm ki, müsbət keçəcək”, – Vens bildirib.

O qeyd edib ki, İran “xoş niyyət”lə danışıqlar aparsa, ABŞ buna mütləq müsbət cavab verəcək.

“Lakin bizimlə oyun oynamağa çalışsalar, qarşılarında çox da güzəştə getməyə hazır olmayan bir komandanı görəcəklər. Prezident bizə çox aydın göstərişlər verib, görək necə olacaq”, – Vitse-prezident vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir