Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

 

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir