Ceyhun Bayramov: Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır

Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov X-da paylaşımında bildirib.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi ötən gün Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Çətin günlərdə nümayiş etdirilən bu dəstəyin İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini vurğulayıb.

Ceyhun Bayramov İran XİN rəhbərlərinin səmimi sözlərinin və təşəkkürünün bizim üçün dəyərli olduğunu qeyd edib: “Bu, eləcə də İki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir