Moskvada bankda partlayış olub

Moskvada bankda partlayış olub.

 

Azinformasiya.az  Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın şimal-şərqində “Rosselxozbank”ın filialında partlayış baş verib.

Məlumata əsasən, naməlum şəxs Menjinski küçəsindəki bank filialına girib, bankomatı yandırıb və partlayışdan bir müddət əvvəl binadan çıxıb.

Partlayış nəticəsində hadisəni törədən yetkinlik yaşına çatmayan oğlan yaralanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir