ABŞ qüvvələri hazırda bölgəni tərk etməyə hazır deyil.
Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Əgər biz indi çıxsaq, onların bərpa olunması 10 il çəkər. Lakin biz hələ getməyə hazır deyilik”, – deyə Tramp vurğulayıb.
ABŞ lideri həmçinin qeyd edib ki, buna baxmayaraq, ölkəsi İrandan yaxın gələcəkdə çıxmağı planlaşdırır.
“Biz yaxın zamanda, demək olar ki, ən yaxın gələcəkdə çıxacağıq”, – deyə o vurğulayıb.
Azinformasiya.az