Tramp İranla danışıqları rədd edir, müharibənin yalnız Tehran rəhbərliyi və ordusu məhv edildikdə bitə biləcəyini deyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlarda maraqlı deyil və müharibənin yalnız Tehran artıq fəaliyyət göstərən orduya və hakimiyyətdə qalan rəhbərliyə malik olmadıqda başa çata biləcəyini istisna etmir.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Təyyarəsində jurnalistlərə danışan Tramp qeyd edib ki, hava hücumları İranın bütün potensial liderlərinin öldürülməsi və ordusunun məhv edilməsi halında danışıqları mənasız edə bilər.

“Müəyyən bir məqamda, düşünürəm ki, bəlkə də ‘təslim oluruq’ deyəcək heç kim qalmayacaq”, – deyə Tramp vurğulayıb.

İran prezidentinin üzr istəməsi müzakirələrə səbəb olub.

İsrail və İran şənbə günü qarşılıqlı hücumlar həyata keçirib. ABŞ və İsrailin İrana qarşı apardığı müharibə ikinci həftəsinə daxil olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir