İsrail KİV: Xameneinin öldürüldüyünə dair artan dəlillər var

İsrail İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün hava zərbəsi nəticəsində böyük ehtimalla həlak olduğunu təxmin edir.

 

Azinformasiya.az  İsrailin “Kanal 12” telekanalına istinadən xəbər verir ki, mənbələr bununla bağlı “ehtimalın artdığını” deyir, ancaq məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Telekanal bir neçə dəqiqə əvvəl yayımladığı məlumatda İsrail tərəfinin ilkin qiymətləndirməsinə əsasən, Xameneinin ən azı yaralandığını bildirib. Qeyd olunub ki, bu nəticə onun iqamətgahının peyk görüntülərində dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır.

“Kanal 12” eyni zamanda bildirir ki, bugünkü zərbələr İranın rəhbərliyi və hərbi komandirlərinə çox ciddi zərər vurub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir