Kəlbəcədə 58 yaşlı kişinin meyiti tapılıb

Kəlbəcərdə meyit tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib. Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Kəlbəcər Su Melorasiya Sistemləri İstismarı İdarəsində çalışan M.Zeynalovun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir