Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “VAZ2106” ilə “Mitsubishi” markalı minik maşınları toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az