Türkiyənin Ərzurum vilayətində 11 avtomobil toqquşub.
Azinformasiya.az xəbər verir ki, hadisə zamanı TIR-a çırpılan sərnişin avtobusu aşıb.
Zəncirvarı yol qəzasında ümumilikdə 20 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Azinformasiya.az